
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb.
AZƏRTAC TEAS-ın saytına istinadla xəbər verir ki, bu il nüfuzlu münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.
Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işi və ya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək. Qaliblərin adları fevralın 22-də elan olunacaq.
Birinci yerin sahibinə 500 funt və “Xocalı Sülh Mükafatı-2017”, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 funt təqdim ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər Ceyms Noblla [email protected] elektron ünvanına müraciət edə bilərlər.
http://azertag.az/xeber/Xocali_Sulh_Mukafati_2017_incesenet_musabiqesine_baslanilib-1031386










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
