Beş il əvvəl bu gün Azərbaycan xalqı səhəri Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum, yəni “Dəmir yumruq” əməliyyatına başlaması xəbəri ilə açdı.
Dünya hərb elmində “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsinin ilk günündən son gününə kimi cəbhədən yalnız xoş soraqlar duyuldu.
Çətin relyef şəraitinə, düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlara baxmayaraq, əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirən Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza 30 ildir gözlənilən Zəfər sevincini yaşatdı.
Bu yolda canından, qanından keçən, ölümün gözünə dik baxan qəhrəmanlarımız Azərbaycan əsgərinin, zabitinin Vətən uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya sübut etdilər.
Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insanın şəhidlərin uyuduğu müqəddəs məkanlara axını müşahidə olunur. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.
Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunur, onlara bir daha minnətdarlıq ifadə olunur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










