
Fevralın 9-da Yaponiyanın ən böyük musiqi mərkəzlərindən biri olan “YAMAHA MUSIC Yokohama Minatomirai”də “Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi ilə tanışlıq” mövzusunda konsert – mühazirə keçirilib. Bu, YAMAHA tarixində Azərbaycan bəstəkarının musiqisinə həsr olunmuş ilk musiqi tədbiridir.
AZƏRTAC xəbər verir ki, layihənin təşəbbüskarı və ifaçısı Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovadır. Konsert Yaponiyada Qara Qarayevin musiqisinin notlarını nəşr edən ZEN-ON musiqi nəşriyyatının dəstəyi ilə YAMAHA tərəfindən təşkil olunub.

Gülnarə Səfərova mühazirəsində Azərbaycan klassik musiqisi tarixinin mühüm mərhələlərinə toxunub, Qara Qarayevin piano əsərlərindən nümunə götürdüyü yaradıcılığından danışıb.
Konsert gün ərzində iki dəfə keçirilib və onların hər ikisi anşlaqla bitib. Gülnarə Səfərovanın ifasında Qarayevin fortepiano əsərləri tamaşaçılarda canlı rezonans doğurub. Konsertdən sonra çoxlu sayda iştirakçı pianoçuya suallarla müraciət edib.
Həmçinin konsert günü Qara Qarayevin satışa çıxarılan əsərlərinin notlarının çoxlu sayda alıcısı olub. Kolleksiyaya daxil olan yapon və ingilis dillərində piano əsərlərinin ifası üçün annotasiyaların müəllifi Gülnarə Səfərovadır.

Qara Qarayevin fortepiano partituraları ilə yanaşı, bəstəkarın simli kvartet üçün əsərlərinin partituralarını, “Don Kixot” və “Yeddi gözəl” süitalarının partituralarını da Yaponiyanın bütün musiqi mağazalarından almaq olar. Qara Qarayevin musiqisinin Yaponiyada təbliği layihəsi uğurla davam edir, daha çox peşəkar musiqiçilər və musiqisevərlər görkəmli Azərbaycan bəstəkarının yaradıcılığı ilə tanış olurlar.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
