Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağı münasibətilə Sebastian Kurtsu təbrik edən dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerinə cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar diləyib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











