Bu gün Heydər Əliyev İrsini Aradırma Mərkəzi (www.aliyevheritage.org) və “1905.az” səyyar qalereyasının təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Yaşasın Azərbaycan əsgəri” mövzusunda foto-sərginin açılış mərasimi keçirilib.
Açılışdan öncə mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstələri qoyublar. Yasamal rayon İcra Hakimiyyəti rəhbərliyinin, ziyalıların, hərbçilərin və media mənsublarının iştirak etdiyi mərasimi giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açıb və qonaqları salamlayıb. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev tədbirə toplaşanlara minnətdarlığını bildirib və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib. Sərgidə nümayiş etdirilən fotoların müəllifi, on il ərzində böyük Heydər Əliyevi müşayiət etmiş şəxsi fotoqrafı, Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin böyük məsləhətçisi Rafiq Bağırov ümumilli liderlə bağlı xatirələrini bölüşüb. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu fotonun hərbi-vətənpərvərlik işinin təbliğindəki rolundan danışıb.
Rəsmi açılış mərasimindən sonra qonaqlar foto-sərginin ekspozisiyası ilə tanış olublar.
Qeyd edək ki, ekspozisiya həftə sonunadək Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunacaq.


























Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











