Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.
Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar. Mərmilər yaşayış binalarına düşüb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










