
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a bildirilib ki, aprelin 3-də IDEA İctimai Birliyi, ETSN və “BRAVO” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Əhmədli qəsəbəsində yerləşən “BRAVO” hipermarketinə gələn alıcılara ağac tingləri hədiyyə edilib.
Tədbirin yekununda gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində bir milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











