
Bu il Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən “Türk Dünyası Həftəsi”nin keçirilməsi təşəbbüsü elan olunub, iyun ayının sonundan etibarən bu tədbirin Azərbaycanda təşkil ediləcəyi bildirilib. 100 il əvvəl olduğu kimi, Bakı yenidən Türk dünyasından olan alimlərin bir araya gəldiyi mühüm elm və mədəniyyət mərkəzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini diqqətə çatdırıb ki, ölkəmizdə keçirilən tədbirdə 20-dən artıq ölkədən 120-dən çox alim, tədqiqatçı və araşdırmaçı iştirak edir. “Onların sırasında nüfuzlu beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin rəhbərləri, rektorlar, eləcə də Türk Dövlətləri Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və digər qurumların nümayəndələri yer alırlar. Tədbirdə, həmçinin türk dövlətlərindən olan rəsmi nümayəndə heyətləri və mədəniyyət xadimləri də iştirak edirlər”, – deyə o əlavə edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb











