
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa növbəti səfərləri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalının alovlandırmaqları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin əyalət mediası da bu səfər barədə geniş məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Novruz tonqalının alovlandırdı” və sərlövhəsi ilə təqdim olunan məlumatda dövlətimizin başçısınının Azərbaycan xalqına bayram təbrikindən sitatlar verilib. Prezident İlham Əliyevin çıxışındakı “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” ifadəsi manşet materialı kimi təqdim olunub. Məlumatlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ikinci ildir ki, Novruz tonqalını Qarabağda alovlandırır.
Anadolu və İHA agentlikləri başda olmaqla ölkənin aparıcı media qurumları, o cümlədən “Sabah”, “Yeni akıt” və “Karar” qəzetləri xəbəri orijinal fotolarla təqdim edib. “TRT Haber” telekanalı martın 21-dəki səhər buraxılışında Türkiyə qəzetlərinin xülasəsini təqdim edərkən Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini əks etdirən manşet yazıları ekran boyu nümayiş etdirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











