
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclası qurumun prezidentinin çıxışı ilə başlayıb. AŞPA prezidenti Tini Koxun təklifi ilə parlamentarilər Mariupolda həlak olan mülki insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, plenar iclasın əvvəlində parlamentarilərin akkreditasiyası məsələsi nəzərdən keçirilib.
Sonra britaniyalı parlamentari İan Liddel-Qrengerin Büronun fəaliyyətinə dair hesabatı dinlənilib. Rusiya-Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi barədə parlamentarilərin çıxışları olub.
Ermənistan nümayəndə heyətinin üzvü müzakirə olunan məsələyə tamamilə aid olmayan çıxış edib. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvayda ermənilərə göstərdiyi “boz qurd” işarəsini mənfi şəkildə şərh edərək, müzakirələri əsas məqsəddən uzaqlaşdırmağa cəhd göstərib. Lakin türk və azərbaycanlı deputatlar tərəfindən erməni parlamentarinin bu cəhdinin qarşısı alınıb və o, tutarlı cavabını alıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











