Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci mərhələdə yarış iştirakçıları 71 kilometr məsafədə qrup ötüşməsində bacarıqlarını göstəriblər.
Füzuli Hava Limanından start götürüb, Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında başa çatan yarışın qalibi birinci mərhələdə olduğu kimi, Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov olub. İkinci yeri Özbəkistan, üçüncü pilləni isə Monqolustan millisi tutub. İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar.
Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov qazanıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala sahib olublar. Xatırladaq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











