Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşünü açaraq Aktauda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti sammit iştirakçıları adından həlak olanların ailələrinə və bütün xəsarət alanlara başsağlığı verib.
“Təyyarə qəzaya uğrayıb, ölənlər var, çoxlu yaralılar var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalacağına ümid edək”, – deyə Rusiya lideri bildirib.
V.Putin vurğulayıb ki, Qazaxıstan Prezidenti ilə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri və lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur. “Mən səhər saatlarında İlham Heydər oğlu Əliyevlə də danışmışam, o, təyyarə Azərbaycan aviaşirkətinə məxsus olduğu üçün Bakıya qayıtmağa məcbur olub”, – deyə Rusiya Federasiyasının Prezidenti qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











