
Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 15 İyun – Milli Qurtuluş Günündə konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə tanınmış müğənnilər, musiqi və rəqs kollektivləri çıxış ediblər.
İki saata yaxın davam edən tədbir boyunca Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səslənib.
Mərkəzin parkında konserti izləyən yüzlərlə tamaşaçı mahnıları müğənnilərlə birlikdə ifa edib, bu bayram gününü yüksək əhvali-ruhiyyə ilə keçirmək imkanı qazanıblar.
Eləcə də Heydər Əliyev Mərkəzinin binası bayram münasibətilə Azərbaycan bayrağı ilə işıqlandırılıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











