
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı, fəlakət zonasında 49 min yaşayış və kommersiya obyektinin sahibinin püşkatma yolu ilə müəyyənləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin dövlət başçısı Kahramanmaraşın mərkəzində yeni salınan yaşayış massivinin qardaş Azərbaycanın dəstəyi ilə başa çatdığını qeyd edib.
Prezident Ərdoğan Türkiyə və Azərbaycanın Dövlət bayraqlarının müşayiəti ilə yayımlanan paylaşımında qeyd edib: “Bu gün biz qardaş Azərbaycanın dəstəyi ilə tikilmiş “Azərbaycan” məhəlləsi də daxil olmaqla 49 min yaşayış və kommersiya obyektinin sahiblərini müəyyənləşdirməyi planlaşdırırıq. Beləliklə, təbii fəlakət zonasının sakinlərinə təqdim olunan yaşayış obyektlərinin ümumi sayı 250 minə çatacaq”.
Türkiyə Prezidentinin paylaşımında 2023-cü ilin fevral zəlzələləri zonasında Kahramanmaraşın “Azərbaycan” məhəlləsi və başqa yeni yaşayış massivlərini əks etdirən videoçarx da yerləşdirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











