
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Ölkəmizin 1992-ci ildə ECO-ya qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün ECO ölkələri üçün faydalıdır.
Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda, Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











