
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər.
Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransına ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri qatılıblar.
Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











