
Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Sumbat Nüdrət oğlu Əliyev Füzuli rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayonun Aşağı Kürdmahmudlu kəndində vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin müşayiətilə kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, S.Əliyev 1966-cu ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1993-cü ilin aprel ayında Füzulinin Qacar kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra S.Əliyevin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində aşkarlanıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











