
“AZCON Holding”in şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən rayonlarda müasir avadanlıqlar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bununla da Ağdam rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev təsərrüfatı və 22 biznes subyektini əhatə edib. Ağdam və Kəlbəcərdə yeni məskunlaşmış sakinlər təmin olunan internetin keyfiyyətindən razı qaldıqlarını bildiriblər.
Beləliklə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un 170 – “Çağrı mərkəzi”nə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdam şöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə (ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











