
Azərbaycan COVAX proqramı çərçivəsində humanitar yardım kimi Qırğızıstana 40 min doza “AstraZaneca” vaksini göndərib.
AZƏRTAC xəbər verir ki, “Manas” beynəlxalq hava limanında humanitar yardımın təhvil verilməsi mərasimində Qırğızıstanın xarici işlər nazirinin müavini Adaxan Madumarov və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən A.Madumarov Qırğızıstanda epidemioloji vəziyyətin çətin olduğu bir dövrdə humanitar yardım üçün dost Azərbaycana minnətdarlıq edib. O deyib ki, bu addım ölkələrimiz arasında qardaşlığın təzahürüdür.
Humanitar yardımın ayrılması ilə bağlı razılıq Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin bu il iyulun 1-3-də Azərbaycana səfəri zamanı əldə edilib.
Xatırladaq ki, ötən ilin aprelində COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycan Qırğızıstana 64 ton humanitar yardım göndərmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











