Azərbaycan Respublikasında koronavirus infeksiyasından 822 nəfər müalicə olunaraq sağalıb, 2361 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 266 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 239 min 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib. Aktiv xəstə sayı 22898 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 901 min 160 test aparılıb. Bugünkü test sayı isə 13127-dir.