
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 671 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 128 nəfər müalicə olunaraq sağalıb, 5 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 365 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 400, bu günə qədər isə ümumilikdə 4 milyon 43 min 740 test icra olunub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









