…Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu, bizim tariximizdə belə də həkk olmalıdır. Bu soyqırımının nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri göstəribdir…
…Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı gələcək nəsillərimizin xatirindən yüz il bundan sonra da çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bilsin ki, bizim millətimizə qarşı belə vəhşilik edilibdir…
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










