Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 105 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 min 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 404 nəfər müalicə olunaraq sağalıb, 10 min 20 nəfər vəfat edib. Aktiv xəstə sayı 484 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2472, bu günə qədər isə ümumilikdə 7 milyon 443 min 931 test icra olunub.