Bu gün ölkədəki su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də fermerlər qıtlıqdan ciddi əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı – “Baku Water Week” sərgisinə həsr olunmuş konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
Nazir müavini qeyd edib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə edilməməsidir.
“Təbii ki, region səviyyəsində əməkdaşlıq mexanizmindən bəhrələnə bilmirik. Dünyada 153 ölkə qonşu dövlətlərdən gələn sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkənin ərazisində yerləşən çayların hövzəsində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik”, – deyə U.Tağıyeva vurğulayıb.
O əlavə edib ki, su problemi Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq.
Nazir müavini qeyd edib ki, COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planı strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











