
Oktyabrın 19-dan 21-dək Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın 6-cı Tərəflər Konfransı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət qurumlarının, həmçinin BMT-nin Ətraf Mühit Proqramının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 6-cı Tərəflər Konfransı Xəzəryanı dövlətlərin əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verib və bu əməkdaşlığın davam etdirilməsi üçün bir sıra vacib məsələlər, o cümlədən Konvensiya və onun protokolları çərçivəsində fəaliyyət istiqamətləri üzrə ümumi razılaşmalar əldə edilib.
Tədbir iştirakçıları tərəfindən dənizin ətraf mühitinin mühafizəsi və onun təbii ehtiyatlarından səmərəli istifadənin Xəzəryanı ölkələr üçün prioritet məsələ olduğu və bu sahədə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verildiyi bildirilib.
Azərbaycan tərəfi öz növbəsində Xəzər dənizinin ekoloji problemlərinin, o cümlədən dəniz səviyyəsinin enməsi ilə bağlı məsələlərin daha dərindən öyrənilməsi üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qrupunun yaradılmasını təklif edib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











