
Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında boks idman növü üzrə açıq rayon birinciliyi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinə həsr olunmuş turnirin açılış mərasimindən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədən canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin, rayon üzrə gənclər və idman sektorunun, Balakən Olimpiya İdman Kompleksinin, Boks Federasiyasının təmsilçilərinin, şəhid ailələrinin üzvlərinin, qazilərin və çox sayda ictimaiyyət nümayəndəsinin qatıldığı açılış mərasimində şəhidlərinin keçdikləri döyüş yolunun və göstərdikləri misilsiz qəhrəmanlığın gənc nəsil üçün nümunə olduğu diqqətə çatdırılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının daim yaşadılması, onların xatirələrinin əziz tutulması üçün gördükləri işlərdən, eləcə şəhid ailələrinə olan diqqət və qayğıdan qürurla söz açılıb.
Çıxış edənlər İkinci Qarabağ müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi Zəfərə imza atan, öz qanı bahasına torpağı Vətən edən şəhidlərin xatirəsini uca tutmağın, onları daim məhəbbətlə yad etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirib, turnirə qatılan idmançılara uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib.
Qeyd edək ki, turnirə Balakən rayonu ilə yanaşı, paytaxt Bakıdan, eləcə də Gəncə, Naftalan şəhərlərindən, Zaqatala, Hacıqabul rayonlarından ümumilkdə 150-dən çox idmançı qatılıb.
Iki gün davam edəcək turnirin qalibləri medal, diplom və xatirə hədiyyələri ilə təltif olunacaq.
Müxbir – Rasim İslamoğlu
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











