Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Dünyada yeni çağırışlar, o cümlədən hazırkı beynəlxalq geosiyasi vəziyyət, qlobal təhlükəsizlik məsələləri, qida böhranı riskləri, enerji çatışmazlığı problemi, pandemiya ilə mübarizə və bir çox digər məsələlər müzakirə edilib.
Qırx dörd günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda regional təhlükəsizliklə bağlı fikirlərini bölüşən Baş nazir Azərbaycanın Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.
Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası gələcək üçün böyük perspektivlər vəd etdiyi və bu baxımdan Zəngəzur dəhlizinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











