Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə noyabrın 8-də “Bayraq Günü” ilə əlaqədar Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı adlanan ərazidə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə önündə anım mərasimi keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse– prezidenti Vəli Əlibəyov gələn qonaqları salamlayaraq, “Bayraq Günü”nün əhəmiyyətindən danışdı. Sözü davam etdirən “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” sədri Şahin Camalov “Bayraq Günü”nün ölkəmiz və vətəndaşlarımız üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş, şəhid olmuş, əsir və itkin düşmüş şəxslərin xatirəsini daima əziz tutduğunu və onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb. Daha sonra çıxış üçün ardıcıl olaraq qonaqlara söz verilib. Tədbirdə iştirak edən qonaqlar belə bir tədbir təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib. Həmçinin tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə təşkilatçılar tərəfindən ərzaq və “AZ-GRANATA” MMC- nin təqdim etdiyi meyvə şirələrindən ibarət sovqat paylanılıb.
Onu da qeyd edək ki, sözügedən abidənin ucaldılması “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili cənab Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində 24 yanvar 2014-cü il tarixində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilmişdir.
www.azhumanrights.az
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











