HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Erməni şovinistlərinin 100 ildir dəyişməyən təfəkkür sindromu – Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandığı vaxtdan regionda və dünyada qızğın müzakirə predmetinə çevrildi. Bəyannamə imzalandıqdan dərhal sonra Azərbaycan və Türkiyə prezidentlərinin verdikləri açıqlamalarda vurğulandığı kimi, hansısa üçüncü dövlətə qarşı yönəldilmədiyi elan edilən, tarixi Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələri üzrə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradan sənədi erməni siyasətçiləri xüsusi narahatlıqla qarşılandı.