HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Professor Asif Hacılının kitabı İranda fars dilində nəşr edilib

Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabı İran İslam Respublikasında fars dilində dərc edilmişdir. Bu haqda İranın “Mirasmaktoob” – Yazılı İrs Elmi Mərkəzinin rəsmi saytı məlumat vermişdir. Məlumatda deyilir: “İran-Rusiya Dostluq cəmiyyəti Azərbaycan Respublikasının Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabının fars dilinə olan tərcüməsini nəşr etmişdir.