HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

22 sentyabr 2025-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçirilib. Toplantı çərçivəsində türkologiya üzrə tanınmış alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik kitablarının təqdimatı da təşkil olunub.

Estoniya paytaxtında “Aşıq və muğam” adlı konsert keçirilib

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Mere” Mədəniyyət Mərkəzində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq və muğam” adlı konsert keçirilib.