HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi açılıb

Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1981-ci ildən etibarən bütün dünyada qeyd olunan bu gün sülhü, anlaşmanı və zorakılığın qarşısının alınmasını təbliğ etmək məqsədi daşıyır. İnsanları sülhə, sabitliyə və təhlükəsizliyə çağıran bu gün, həm də həmrəyliyin simvoludur.

Şəhidlərin ailə üzvləri və qazilər Formula 1 Qran-Prisinə qonaq qismində dəvət olunublar

Bakı bu həftəsonu Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, minlərlə azarkeşin canlı izlədiyi bu möhtəşəm idman bayramında II Qarabağ müharibəsində xalqımıza tarixi Qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz də fəxri qonaq qismində dəvət olunublar. Həmçinin Formula 1-in balaca həvəskarları bulvar boyunca təşkil olunan əyləncələrdə iştirak ediblər.