HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Xankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib

Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin əməkdaşları, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb

2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.