İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.
Düşən yağıntının miqdarı Şəkidə 46 (aylıq normanın 76 faizi), Oğuzda 36 (aylıq normanın 54 faizi), Göyçayda 20 (aylıq normanın 93 faizi), Ağdamda 16 (aylıq normanın 55 faizi), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 faizi), Mingəçevirdə 10 (aylıq normanın 50 faizi), Xızıda 8, Zaqatala 7 (aylıq normanın 52 faizi), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











