HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 25-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların, xüsusilə də yəhudi kökləri ilə yanaşı əsl Azərbaycan övladı kimi tarixə düşmüş Albert Aqarunovun Vətənə sədaqətini, qəhrəmanlığını yeni nəsillərə çatdırmaq idi.

Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq SƏRƏNCAM

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.