Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə gələcək arasında körpü” mövzusunda 2-ci Qlobal Dialoq Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda beynəlxalq ekspertlər, ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan icmasının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Fevralın 22-də Xocalı soyqırımının 33-cu ildönümü ilə əlaqədar Türkiyədən muxtar respublikaya gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.

VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.

Fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin türk dilinə tərcüməsinin təqdimat mərasimi olub. Kitab Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə orjinaldan Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap olunub.

Sinoptiklərin məlumatına əsasən, əlverişsiz hava şəraitinin fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görmənin məhdudlaşacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.