HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan şəhidlərinin xatirəsinə: Ankarada “Zəfərlə ruhlanan şeirlər” kitabının təqdimatı olub

Ankarada Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfərlə ruhlanan şeirlər” (Zafer Kokan Şiirler) kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat 27 sentyabr – Anım Günü ilə əlaqədar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) dəstəyi ilə Azərbaycanın Ankaradakı Səfirliyinin təşkil etdiyi anım tədbiri çərçivəsində baş tutub.