…Təhlillərə əsasən, ermənilərin yüz illər boyu sınanmış mənimsəmə texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə, mənimsəmə üçün seçilən nümunənin “erməni mənşəyi” barədə “qədim erməni folkloru” səviyyəsində rəvayətlər uydurulur və ölkə daxilində ictimai dövriyyəyə buraxılır.
…Ermənistanın tarixi abidələri və toponimləri sübut edir ki, azərbaycanlılar min illər boyu bu ərazinin əsas sakinləri olmuşlar. XV-XX əsrlərə dair aşağıdakı gətirilən bir çox tarixi sənədlər Ermənistan azərbaycanlılarının bu ərazidə aborigen əhali olduğunu təsdiq edir.
İrəvan xanlığını 418 il idarə edən 50 nəfər hakimin hamısı azərbaycanlı olub
Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənən Cəfərabad kəndində olan bir türbə həmin dövrün yadigarıdır.
1917-ci ilin oktyabrında Rusiyada çevriliş baş verdi. Bolşeviklər hakimiyyətə gəldilər. Bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da çoxhakimiyyətlilik yarandı.
Əsrlər boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ətraf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım törətməklə, yerli müsəlmanları didərgin salmaqla həmin əraziləri qəsb edib, o torpaqların sakinlərinin cəsədləri üzərində Ermənistan Respublikasını yaratdılar.