Erməni vandalları İrəvan qalalarını necə yox ediblər?
Akademik Yaqub Mahmudov: “Ermənilər İrəvan bölgəsindəki bütün tarixi abidələrimizi dağıdıblar”

Akademik Yaqub Mahmudov: “Ermənilər İrəvan bölgəsindəki bütün tarixi abidələrimizi dağıdıblar”


Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda etdiyi çıxışda Azərbaycan tarixinə dair məsələlərə, xüsusilə də Qərbi Azərbaycan mövzusuna da yer verilib. Ölkə başçısının xəritələrlə bağlı söylədiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Uzun müddətdir ki, əsasən də dövlət müstəqilliyimizin bərpasından sonra toponimlərlə əlaqədar məsələlər elmi-tədqiqat işimizin istiqamətini təşkil edir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir.

Əsrlər boyu müsəlmanların vətəni olmuş İrəvanda və onun ətraf yerlərində daşnaklar xaricilərin köməyi ilə soyqırım törətməklə, yerli müsəlmanları didərgin salmaqla həmin əraziləri qəsb edib, o torpaqların sakinlərinin cəsədləri üzərində Ermənistan Respublikasını yaratdılar.