Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi.
Ötən əsrdə ermənilər azərbaycanlıları əzəli torpaqlarından, Qərbi Azərbaycandan qovub çıxarıblar. Soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə, zorakı deportasiyalar onların öz yurdlarından məhrum olması ilə nəticələnib. Vedibasar mahalının Vedi rayonundakı Şirazlı kəndinin sakinləri də ermənilərin məkrli, məqsədli təzyiqləri, zülmü ilə üzləşən Qərbi azərbaycanlılardandır.
…Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min əhali bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə havadarlarının köməyinə arxalanaraq ermənilərin türk-müsəlman əhalisinə divan tutduğu Qəmərli rayonu haqqında süjet hazırlanıb.