Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür.


Məscidlər Şuşa şəhərinin həm dini, həm də memarlıq tarixində xüsusi yer tutur. Qədim Şuşadakı 17 məhəllənin hər birində məscid olub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır.
Əsrarəngiz mənzərəsi ilə göz oxşayan Laçın ilin hər fəslində gözəlliyi ilə diqqət çəkir. Yaşıllaşan meşələri, gur axan çayları və güllü-çiçəkli dağları olan Laçın artıq baharı öz doğma sakinləri ilə qarşılayır.
Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Əsrik kəndidir. Tutquçayın (Tutğunçay da deyilir – red.) sağ sahilində, Qonqur dağının ətəyində yerləşən Əsrik kəndinin təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. Kənd özünün yaylaqları, çoxsaylı bulaqları, o cümlədən mineral tərkibli turşsu bulaqları ilə tanınır. Bulaqların suyu dərə ilə axan çaya qovuşur və bu yerdə gözəl dağ şəlaləsi yaradır.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Bir vaxtlar adından həsrətlə söz açdığımız, görüntülərini internet üzərindən axtardığımız doğma yurd yerimiz Zəngilan indi özünün yeni dövrünü – azadlığının sevincini yaşayır.