Biz Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətləri müzakirə etdik. Ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur və bu münasibətlər bundan sonra da inkişaf edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
“Ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrin iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”, – deyə nazir qeyd edib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub və o, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.
“Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Qələbəsi bölgədə yeni reallıq və imkanlar yaradıb.
Ölkəmiz postmünaqişə dövrünü yaşayır. Hazırda əsas məsələ insanların öz yurdlarına qayıtmaları və bərpa-quruculuq işlərinin aparılmasıdır. Prezident İlham Əliyev dəfələrlə dost ölkələrin bərpa-quruculuq işlərində iştirakını dəstəkləyib və onları bu prosesdə iştiraka çağırıb. Dost ölkə olan Macarıstan da bu işlərdə iştirak edəcək. Biz dost ölkənin ərazilərin minalardan təmizlənməsi, bərpa işlərində köməyini və dəstəyinin yüksək dəyərləndirik”, – deyə C.Bayramov vurğulayıb.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











