
Almaniyanın “dpa” xəbər agentliyində “Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlamaq istəyir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqazın 2 respublikası – Ermənistan və Azərbaycanın Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə sülh müqaviləsi üzrə danışıqlar aparmağa dair razılığa gəldiyi qeyd edilib.
“Sülh müqaviləsinin hazırlanması məqsədilə danışıqlar aparılması üçün birgə qərara gəldik”, – deyə Aİ Şurasının sədri Şarl Mişel bildirib. Aİ Şurasının sədri, həmçinin qeyd edib ki, tərəflərin razılığa gəlməsi düzgün istiqamətdə atılmış mühüm addımdır.
Məqalədə diqqətə çatdırılır ki, rəsmi Kreml tərəflərin sülh müqaviləsinə nail olmaq səylərini alqışlayıb. Qeyd edilir ki, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağı işğaldan azad edib. Atəşkəs rejiminə Rusiya sülhməramlıları nəzarət edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











