Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub. Sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam – Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.
Bu sözləri AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.
M. Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib. “Bundan sonra da bu kimi humanitar yüklərin göndərilməsi təmin olunacaq”,- deyə FHN rəsmisi bildirib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











