
Biz işğal altında olan torpaqlarımızı geri qaytaracağıq.
Biz buna inanırıq.
Bu yolda çох addımlar atılıb…
25 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökümət başçilarının XVIII Zirvə Görüşündə söylədiyi nitqdə qeyd etdi: ‘‘Azərbaycanın tarixi torpağı olan Dağliq Qarabağ və ətrafındakı yeddi rayon – ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbаусаnlılаrа qarşı etnik təmizləmə siyasəti араrmış və nəticədə bir milyondan artiq azərbaycanlı qaçqın və məcburi кöçkün vəziyyətinə düşmüşdür. О vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, о cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çох insan itkin düşmüşdür.
Xocalı soyqırımı dünyanın 10-dan çох ölkəsi tərəfindən tanınmışdır. 1993-cu ildə ВМT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbаусаnın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.
Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm.”
Bu kiçik yazı 1994-1999-cu illərdə atılmış 3 mühüm addıma həsr edilib.
Bəli, bu yazı ötən əsrin son onilliyində Macarıstanda, Portuqaliyada və qardaş Türkiyədə baş tutmuş 3 böyük görüşdən və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu tədbirlərdə ədalətin zəfər çalması üçün etdiyi titanik səylərdən bəhs edir.
Bu, sadəcə olaraq xronikadır. Əlbəttə, tam olmayan, amma faydalılığına şübhə etmədiyimiz xronika.
1994-cü ilin dekabrında ATƏM üzvü olan dövlət və hökumət başçılarının Budapeşt Zirvə görüşü baş tutdu.
Zirvə görüşündən əvvəl Azərbaycanın dövlət başçısı Heydər Əliyev sülhməramlı qüvvələr məsələsinə toxunmuşdu: “Budapeşt Zirvə görüşündə Ermənistanla Azərbaycan arasında gedən hərbi münaqişə, müharibə ilə əlaqədar məsələ də müzakirə olunacaq, xüsusən ATƏM-in sülhməramlı qüvvələrinin yaradılması və bizim bölgəyə göndərilməsi məsələləri müzakirə ediləcəkdir. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünki demək olar ilk dəfədir ki, belə zirvə görüşündə bu məsələ xüsusi bir məsələ kimi gündəliyə salınıbdır və müzakirə olunacaqdır, ona görə də biz bu görüşdən çox şeylər gözləyirik.”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk dəfə müzakirə olunduğu ATƏM-in təşkilati cəhətdən təkmilləşdirilərək (ATƏT) elan edildiyi Budapeşt Zirvə görüşündəki çıxışında Azərbaycan Prezidenti Heydər Əliyev Rusiyanın vasitəçilik fəaliyyətinin effektliliyini təsdiqləyib. O, çıxışında tənzimləmə prosesində Minsk qrupu-Rusiya ziddiyyətlərini də ifadə edib: “Minsk qrupunun üzvləri arasında fikir ayrılıqlarının aradan qaldırılmasından, onların səylərinin Azərbaycan ilə Ermənistan arasında sülhün və sabitliyin bərqərar edilməsi üçün birləşdirilməsindən də çox şey asılıdır.”
Budapeşt Zirvə görüşündə əsas sənəd – “Yeni dövrdə həqiqi əməkdaşlığa doğru” adlı bəyannamə qəbul olunub. Eyni zamanda ilk dəfə olaraq ATƏT-in sülhməramlı qüvvələrinin yaradılması qərara alınıb. Həmin qüvvələrin məhz Dağlıq Qarabağa göndərilməsi nəzərdə tutulub. Bu addım Azərbaycanın birinci dəfə iştirakçısı olduğu ATƏM-in üçüncü, 1992-ci il Helsinki Zirvə görüşü bəyannaməsinin III fəslinə uyğun olaraq atılıb.
Məhz həmin fəsildə ATƏM-in sülhyaratma fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulurdu.
1 avqust 1975-ci il Helsinki Yekun Aktı ilə elan olunan ATƏM o zaman bütün Avropa (Albaniya istisna olmaqla) və böyük dövlətlər – SSRİ və ABŞ arasında “soyuq müharibə” şəraitində qitədə mövcud sərhədləri (status-kvo) qəbul edirdi. Heydər Əliyev Budapeştdə həmin qaydanın yeni dövrə də tətbiq olunmasını istəyib. O, yeni Avropa üçün yeni ATƏM formulasını irəli sürüb.
Budapeşt Zirvə görüşü sənədinin “Regional məsələlər” hissəsinin “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in fəaliyyətinin artırılması” bölməsində Ermənistan və Azərbaycan arasında bu münaqişəyə dair Budapeşt görüşünün bütün haqqında danışılan müddəaları əks olunub. Eyni zamanda, Rusiyanın həmin dövrdə münaqişəyə xüsusi təsirə malik olması da bölmədə bir daha təsdiqlənib: “…Onlar (iştirakçı dövlətlər) ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını yüksək qiymətləndirirlər.”
Heydər Əliyev də sammitdəki çıxışında Rusiyanın rolunu qiymətləndirib: “Rusiya Federasiyasının vasitəçilik fəaliyyətini qeyd etməyi zəruri sayıram. Onun səyləri və ATƏM-in köməyi ilə yeddi aya yaxındır ki, atəşkəsə əməl edilir və qan tökülmür.”
Budapeşt Zirvə görüşünün qərarı sülhməramlı qüvvələr məsələsində nəzarətin ATƏM-ə verilməsinə xidmət edib. Bu, ehtimal edilən sülhyaratma fəaliyyətinin bir dövlətin inhisarında qalmasına qarşı nəzərdə tutulub.
Azərbaycan Prezidenti Heydər Əliyev Budapeşt görüşündən bir gün sonra, 7 dekabr 1994-cü ildə Bakıya qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Rusiyanın çoxmillətli qüvvələrin tərkibində iştirakı məsələsini bir qədər də dəqiqləşdirib: “…ATƏM-in çoxmilli qüvvələri tərkibində Rusiya qüvvələrinin də olması nəzərdə tutulur. MDB qüvvələrinin daxil edilməsindən söhbət getmir. Rusiya çoxmillətli qüvvələrdə kifayət qədər təmsil olunacaqdır… Əlbəttə ATƏM-in qüvvələrində hansı ölkəyə nə qədər yer veriləcəyini ATƏM-in sədri müəyyən edəcbkdir.”
Budapeşt Zirvə görüşünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlarından biri də vasitəçilik funksiyasını həyata keçirən Minsk qrupunun həmsədrlik institutunun yaradılması olub. Qrupa daha çox sədrin rəhbərlik ehtiyacını Heydər Əliyev açıq ifadə edib. Prezident əvvəllər quruma bir sədrin rəhbərlik etməsinin çətinlik yaratdığını söyləyib.
ATƏT-in Minsk qrupu həmsədrləri institutu formalaşdırılan vaxt Rusiyaya Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəf statusunda həmsədrlik vəzifəsi verilib.
Budapeştdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qərarlar ABŞ və Rusiya arasında razılaşmalar nəticəsində qəbul olunub. Azərbaycan Prezidenti Heydər Əliyev Budapeşt Zirvə görüşünün Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarını altı il gedən müharibə ərzində Azərbaycan üçün çox böyük əhəmiyyətli ilk beynəlxalq sənəd adlandırıb.
Minsk prosesində məhz müxtəlif dövrlərdə vasitəçilərin ayrı-ayrı təşəbbüs cəhdləri, yol verilən tərəf saxlama halları və məsələyə ikili standartlarla yanaşılması səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həllində müvafiq razılığa gəlinməsinə yol verməyib.
Azərbaycan rəhbəri Heydər Əliyev 7 dekabr 1994-cü il Budapeşt sammitindən bir gün sonrakı müsahibəsində həmin vəziyyəti ətraflı təsvir edib: “Bilirsiniz ki, ATƏM-in nümayəndələri, Minsk qrupunun başçıları ilə dəfələrlə uzun-uzadı söhbətlər aparmışam, buna çox vaxt sərf etmişəm və ATƏM-in bilavasitə bu məsələyə nəinki qarışmasını, həm də təşəbbüsü öz əlinə almasını istəmişəm. İndiyədək bu, sizə məlum olan səbəblər üzündən baş tutmurdu. Mən çalışmışam ki, ATƏM-in Minsk qrupunun fəaliyyətini və Rusiyanın vasitəçilik səylərini bir-birinə yaxınlaşdırım, hətta onları birləşdirim. Bu tövsiyələri mən ATƏM-in Minsk qrupunun başçısı Yan Eliassona da, Rusiyanın vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirova da etmişəm. Onların həm Bakıda, həm də Moskvada görüşlərinin təşkil olunmasına çalışmışam. Biz bu işdə də müəyyən nailiyyətlər əldə etmişik. Ancaq istədiyimiz nailiyyətə çata bilməmişik. Çünki bu müddətdə Minsk qrupunun fəaliyyəti ilə Rusiyanın vasitəçilik səylərini birləşdirməyə nail olmamışıq.”
Sülhməramlıların yerləşdirilməsindən əvvəl hərtərəfli siyasi sazişin əldə edilməsi ilkin şərt idi. Buna nail olunmadığından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq addımlardan biri olan 5-6 dekabr 1994-cü il ATƏM-in Budapeşt Zirvə görüşündə qəbul edilmiş sülhməramlı qüvvələrin formalaşdırılması qərarı praktik nəticə vermədi. Budapeşt zirvə görüşündən sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar ATƏT-in Minsk qrupundan çox, onun ayrı-ayrı üzv dövlətlərinin təşəbbüsləri ilə yenidən gücləndi. Rusiya tərəfindən təşkil olunan 6-11 fevral 1995-ci il Moskva danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra həmin il ABŞ-ın Minsk qrupundakı nümayəndəsi münaqişə regionuna ayrıca səfər edib. Həmin ilin martında vasitəçi qrupun Rusiya və İsveçdən olan həmsədrlərinin səfəri isə əslində tərəflər arasında sülh prosesinin pozulmasını meydana çıxardıb.
1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda vasitəçiliyi Dağlıq Qarabağ məsələsinin həllində konkret nəticə verməyib. Bunun səbəbləri tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Rusiyanın bitərəflik bəyanatlarına baxmayaraq Ermənistanla hərbi ittifaqı gücləndirməsi və ABŞ və Minsk qrupunun isə danışıqlarda bəzən Azərbaycanı təmin etməyən təkliflər verməsi idi.
Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarinin beşinci Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında atəşkəsin qorunması olub.
2-3 dekabr 1996-cı ildə Lissabonda ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövlətləri başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi.
Zirvə toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini və əhəmiyyətini Azərbaycan Prezidenti Heydər Əliyev zirvə görüşünə yola düşməzdən qabaq, 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə bəyanatında bildirib. O, Lissabon sammitinin məhkəmə qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti qərar verə biləcək qurum olmadığını elan edib.
Eyni zamanda, Heydər Əliyev bu zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Minsk qrupu tərkibində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyini və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyi haqda məlumat verib.
Prezident həmçinin Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirib.
Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib, Rusiyanın təsiri ilə atəşkəsin əldə edilməsini təqdir edib və Azərbaycanın sülh müqaviləsi bağlanana qədər atəşkəs rejiminə əməl edəcəyini bildirib. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah edib.
Heydər Əliyev 1996-cı ilin aprelində Lüksemburqda Ermənistan prezidenti və özünün verdiyi bəyanatı münaqişənin aradan qaldırılması istiqamətində mühüm addım hesab etdiyini də Lissabondakı nitqində bildirib: “Həmin bəyanat əslində tərəflərin silahlı münaqişəyə beynəlxalq prinsiplər və normalar əsasında son qoymaq əzmini nümayiş etdirən ilk Ermənistan-Azərbaycan sənədidir.”
Nəhayət, Heydər Əliyev Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını – Lissabon prinsiplərini göstərdiyini söyləyib. O, ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısındakı nitqində də elan edib:
– Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması;
– Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi;
– Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi.
Həmin prinsiplər ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.
Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Azərbaycan Prezidenti zirvə görüşündəki nitqində bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib.
O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: “Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır.”
Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: “Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər.” Bütün bu çağırışlara baxmayaraq Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olub. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib.
ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan edib. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.
Heydər Əliyev isə sammitin başa çatdığı gün 3 dekabr 1996-cı ildə Lissabonda jurnalistlərə verdiyi müsahibədə Zirvə görüşünün qərarından razı qaldığını deyib. O, Lissabon layihəsinin hətta Azərbaycanı da tam təmin etmədiyini, amma Ermənistanın yenə də bununla razılaşmadığını bir daha elan edib. Azərbaycan rəhbəri Ermənistanı beynəlxalq prinsiplərə qarşı çıxmaqda ittiham edib: “Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından imtina edilməsi ATƏT-in əsas prinsiplərindən imtina deməkdir.”
Rusiya nümayəndə heyətinin rəhbəri baş nazir Viktor Çernomırdin də ATƏT sədrinin bəyanatı ilə razılaşdığını, münaqişənin məhz həmin prinsiplər əsasında tənzimlənməsinin mümkünlüyünü təsdiq edib. Heydər Əliyev Çernomırdinin Dağlıq Qarabağ məsələsi ilə gələcəkdə də məşğul olacaqlarını bəyan etdiyini də bildirib.
Azərbaycan dövlət başçısı Ermənistan prezidentinin Azərbaycanın danışıqları kəsməsi haqda bəyanatına da münasibət bildirərək prezidentlərin nümayəndələri arasında birbaşa danışıqların davam etdiriləcəyini qeyd edib.
Prezident Heydər Əliyev Lissabonda olarkən zirvə görüşündə fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsi barədə Rusiya, Türkiyə, Portuqaliya, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri televiziyalarına da müsahibə verib. Rusiyanın “Vesti” informasiya-televiziya proqramının müxbiri ilə söhbətində o, baş nazir Çernomırdinin timsalında Rusiyanın ATƏT sədrinin məlum bəyanatını müdafiə etdiyini yenidən təsdiqləsə də, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu irəli çəkib: “Bu münaqişə ilə ATƏT məşğul olur. Lap əvvəldən belə olmuşdur. Minsk qrupu ATƏT-in tərkibindədir və o, məhz ATƏT-in qərarı ilə 1992-ci ildə yaradılmışdır.”
Danimarka televiziyasına müsahibəsində Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda ümumi məlumat verib və Lissabon zirvə görüşündə danışıqlara müvafiq mandat aldıqlarını hesab etdiyini bildirib. Portuqaliya televiziyası müxbirinə müsahibəsində Azərbaycan dövlət başçısı yenidən Rusiyanın təsiri məsələsinə qayıdaraq onun Ermənistanla əlaqələrinin fəal olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin törədilməsində Sovet İttifaqı rəhbərliyini günahlandırıb. Bundan başqa Heydər Əliyev Rusiyanın Ermənistana təsir göstərməsinin mümkünlüyünü və Rusiyanın əvvəldən bu münaqişənin qarşısını almaq, qırğına yol verməmək imkanlarının olduğunu da irəli sürüb. Azərbaycan Prezidenti ATƏT sədrinin məlum bəyanatı müqabilində Ermənistan tərəfinin düşünməli olduğunu da ifadə edib.
Heydər Əliyev Lissabon Zirvə görüşündə fəaliyyəti, məlum prinsiplərin qəbul etdirilməsi istiqamətində mübarizəsi haqda 5 dekabr 1996-cı ildə Bakıya qayıdarkən təyyarədə jurnalistlərə daha ətraflı məlumat verib. Azərbaycan rəhbəri toplantıdan əvvəl vəziyyətin əlverişli olmadığını, Lissabon sammitinin əsas sənədi – “Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli” adlı bəyannamədə Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı təminedici olmayan bənd də salındığını bildirib. Heydər Əliyev Minsk qrupunun fəaliyyətinin indiyə qədər nəticə verməməsində Ermənistanı günahlandırıb. Prezident erməni tərəfinin həmin prinsipləri qəbul etməməsini əsas maneə hesab edib.
Azərbaycan dövlət başçısı Bakıya qayıtdıqdan sonra, 6 dekabr 1996-cı ildə ictimaiyyət nümayəndələri ilə görüşündə ATƏT-in və onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçdiyi yolu ətraflı təsvir edib. Prezident bildirib ki, Böyük Sülh Sazişinin əldə edilməməsi Ermənistanın işğal etdiyi ərazilərdən istifadə edərək Dağlıq Qarabağa müstəqillik status almaq cəhdindən irəli gəlir.
Azərbaycan prezidenti Ermənistan rəhbəri ilə birlikdə verilən Lüksemburq bəyanatına qayıdaraq münaqişənin həllinə aid ilk birgə bəyanatın da son məqsədə çatmağa kömək etmədiyini deyib. O, məsələnin həlli üçün göstərilən prinsiplərin qəbul olunması məqsədilə Lissabon sammiti ərəfəsində ATƏT üzvü ölkələrinin dövlət və hökumət başçılarına məktublar göndərdiyi haqda məlumat verib. Cavabında isə onlar tərəfindən Azərbaycanın mövqelərinin müdafiə olunduğu bildirilib. Heydər Əliyev ayrıca olaraq ABŞ prezidenti Bill Klintonun da məktub göndərərək təkliflərlə razılaşdığını vurğulayıb.
Heydər Əliyev Lissabon qərarını erməni təbliğatına da zərbə hesab edib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində təbliğatda indiyə qədər Azərbaycandan üstün olduğunu, Lissabonda baş verən veto qarşıdurmasından sonra isə bu münaqişə ilə bağlı iştirakçı dövlət rəhbərlərinin maraqlandığını, eyni zamanda sammitin fəaliyyətini izləyən dünya miqyaslı mətbuat orqanlarına da münaqişə haqda məlumatların verildiyini bildirib.
Prezident Heydər Əliyev elə həmin gün mətbuat nümayəndələrinə Lissabon sənədinin danışıqlarda yeni mərhələ açdığını, toplantıda destruktiv fəaliyyət aparan Ermənistan tərəfi ilə anlaşma niyyətində olduğunu bir daha elan edib.
Heydər Əliyev 6 dekabr 1996-cı ildə Lissabon görüşünün əhəmiyyətini erməni tərəfinin həmin prinsipləri qəbul etməməsi ilə deyil, onların səsləndirilməsi uğrunda aparılan gərgin mübarizəyə görə qiymətləndirib: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik.”
Lissabon zirvə görüşündən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları və ATƏT-in İstanbul sammiti (18-19 noyabr 1999-cu il) ATƏT-in Lissabon Zirvə toplantısında Ermənistan istisna olmaqla Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nisbətən əlverişli həll prinsipləri ATƏT-in bütün üzvlərinin təqdiri ilə elan olundu. Amma ən müxtəlif səbəblərdən Ermənistan üzərində həmin prinsiplərə görə real təzyiq görməyərək onlara uyğun həll variantlarından imtina edib.
1997-ci ilin yanvarından ABŞ, Rusiya və Fransa Minsk qrupunda həmsədrlər kimi fəaliyyətə başlayıb. Məhz həmin ilin aprelində Azərbaycanın böyük narazılığına səbəb olan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində açıq tərəfkeşlik kimi qiymətləndirilən Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silahın əvəzsiz olaraq verməsi hadisəsi meydana çıxıb.
Ermənistan elə bu hadisədən iki ay sonra, 1997-ci ilin iyununda Minsk qrupunun “paket”, sentyabrda isə “mərhələli” həll variantları adlandırılan tənzimləmə layihələrindən imtina edib. Hətta Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın vəziyyəti real qiymətləndirərək “mərhələli” üsulla razılaşmaq cəhdi də vəziyyəti dəyişməyib. Fransanın “Le Mond” qəzetinin qeyd etdiyi kimi “o, Dağlıq Qarabağ məsələsində təslimçilikdə günahlandırılaraq millətçi müxalifətin təzyiqi ilə istefa verməyə məcbur olub”.
Sülh prosesində bu böyük böhrandan sonra 1997-2002-ci illər arasında Minsk qrupunun tam tərkibdə heç bir toplantısı keçirilməyib. Yeni Robert Koçaryan hakimiyyəti “mərhələli” həll variantından 1998-ci ilin mayında rəsmi şəkildə imtina edib.
Azərbaycanın ərazi bütövlüyünü təhlükə altında qoyan “ümumi dövlət” adlı həll variantı isə 1998-ci ilin noyabrında Minsk qrupu həmsədrləri tərəfindən əsasən Rusiyanın təşəbbüsü ilə hazırlanıb. Bu dəfə əvvəlki iki layihədən fərqli olaraq Azərbaycan öz mənafeyinə tam zidd təklifin müzakirəsini rədd edib.
Lissabondan sonra ATƏT-in növbəti, dövlət və hökumət başçılarının altıncı, 18-19 noyabr 1999-cu il İstanbul zirvə görüşü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi cəhdlərinin bu ziddiyyətli, nəticəsiz və dramatik mərhələsində keçirilib. İstanbul Zirvə toplantısından əvvəl yenidən baş verən Azərbaycan və Ermənistan dövlət başçılarının birbaşa danışıqlarının ən son görüşündən dərhal sonra, 1999-cu ilin oktyabrında Ermənistan parlamentinin elə növbəti iclası gedən zaman bir qrup silahlı şəxs zala soxularaq ölkənin baş nazirini, parlament sədrini, onun iki müavinini, ölkənin operativ məsələlər üzrə nazirini və parlamentin üç deputatını güllələyərək qətlə yetirib.
Robert Koçaryan ittiham edərək kənarlaşdırdığı Ter-Petrosyan kimi əvvəlcə Azərbaycan üçün də qəbul edilməsi mümkün münaqişəni tənzimləmə variantını müzakirəyə razılaşsa da, bu müəmmalı qətllərdən və həmin vaxt Rusiyaya qəfil səfərindən sonra verdiyi vədlərdən geri çəkilib.
Baş verən hadisələrə görə o zaman Azərbaycan Prezidenti Heydər Əliyev ATƏT-in İstanbul Zirvə görüşü ərəfəsində verdiyi bəyanatlarda və sammitdəki nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə kənar təsirlər üzərində daha çox dayanıb.
17 noyabr 1999-cu ildə İstanbula yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərlə söhbətində Heydər Əliyev Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə çox əhəmiyyətli bir məsələ – Azərbaycanın silah kvotası məsələsi haqda ətraflı danışıb.
Bu hədd 1990-cı ildə, hələ SSRİ-nin mövcudluğu dövründə NATO və sosialist düşərgəsinin hərbi bloku – Varşava Müqaviləsi Təşkilatı arasında tərəflərin nə qədər silah-sursat saxlamasına dair bağlanmış sazişdən irəli gəlir. Sovet İttifaqının parçalanması və 15 yeni dövlətin yaranmasından sonra isə xüsusilə Dağlıq Qarabağda erməni təcavüzünə məruz qalan Azərbaycan üçün həmin sazişə yenidən baxılması çox əhəmiyyətli idi.
1992-ci ildə isə Rusiyanın təşəbbüsü ilə Daşkənddə bu haqda saziş imzalanıb.
Azərbaycan tərəfi Qafqazda ərazisi və əhalisinin sayına görə daha çox sayda silaha malik olmasını nəzərdə tutan layihəni ölkə daxilində siyasi-hərbi böhran baş verdiyinə görə qəbul etdirə bilməyib. Nəticədə o, Gürcüstan, xüsusilə Qarabağ müharibəsində qarşılaşdığı Ermənistanla eyni miqdarda silah əldə etmək hüququ ilə kifayətlənməli olub.
Eyni zamanda o vaxt ABŞ da həmin sazişin imzalanmasını istəyirdi. Azərbaycan Prezidenti hələ Lissabon toplantısı dövründə də Amerika tərəfinin bunu təkid etdiyini bildirib. O, həmin dövrdə kvotanın artırılması ümidilə razılıq verməsə də, İstanbul zirvə görüşündə vəziyyətlə əlaqədar “Avropada adi silahlar haqqında müqavilə”ni imzalayıb.
Heydər Əliyev ATƏT-in 18 noyabr 1999-cu il İstanbul Zirvə görüşündəki nitqində Lissabondan indiyə qədər sülh prosesinin istənilən nəticə vermədiyini bir daha elan edib.
O, Minsk qrupu həmsədrlərini Lissabon prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsi üçün lazımi fəaliyyət aparmamaqda günahlandırıb.
Azərbaycan dövlət başçısı Heydər Əliyev Ermənistan rəhbəri ilə birbaşa danışıqlarının sülh üçün ümidlər yaratdığını desə də bunun ATƏT-in Minsk qrupunun vasitəçilik funksiyasını əvəz edə bilmədiyini də bildirib. Prezident eyni zamanda münaqişənin həll edilməsinin qarşılıqlı güzəşt və kompromislərdən keçməsi məsələsini də səsləndirib.
Heydər Əliyev Minsk sülh prosesinin bərpası üçün konkret olaraq həmsədr dövlətlərin rəhbərlərinə müraciət edib. O, münaqişənin aradan qaldırılması məqsədilə bəyan edilən prinsiplərin qüvvəsinin təmin edilməsinin zəruriliyini xatırladıb.
ATƏT-in İstanbul Zirvə görüşündəki nitqində Prezident Heydər Əliyev Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı adlı layihə təklif edib. Bu sazişin başlıca müddəalarından biri regiondan xarici hərbi qüvvələrin çıxarılması idi.
Azərbaycan dövlət başçısı 18-19 noyabr 1999-cu il İstanbul sammiti haqda yekun mülahizələrini və onun nəticələri haqda fikirlərini 20 noyabr 1999-cu ildə Bakıya qayıdan zaman təyyarədə jurnalistlərə çatdırıb.
Ümumilikdə ATƏT-in İstanbul zirvə toplantısında üç sənəd qəbul olunub: Avropa Təhlükəsizlik Xartiyası, İstanbul Bəyannaməsi, Avropada adi silahlar haqqında müqavilə.
Xartiyada XX əsrin sonlarına yaxın Avropada ATƏT prinsipləri yenidən əks olunub.
Azərbaycan tərəfinin də təkliflərinin nəzərə alındığı bildirilən Avropa Təhlükəsizlik Xartiyasında ölkə üçün başlıca əhəmiyyət daşıyan prinsiplər – ərazi bütövlüyü, müstəqilliyin qorunması, təhlükəsizliyin təminatı məsələləri idi.
Siyasi xarakterli İstanbul bəyannaməsində konkret olaraq Avropa münaqişələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır. Məlum Lissabon sammitindən fərqli olaraq İstanbul Bəyannaməsində bu məsələ öz əksini tapıb.
Heydər Əliyev Bəyannamənin 20-ci maddəsində göstərilən Dağlıq Qarabağ münaqişəsinə dair müddəanın reallığı əks etdirdiyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin xüsusilə sammitdən əvvəl dəfələrlə bildirdiyi münaqişənin həllində qarşılıqlı güzəştlərin vacibliyi məsələsinin dəqiqləşdirilməsinə isə indiyə qədər nail olunmayıb. O, toplantıda çıxışında həmin güzəştlərin beynəlxalq hüquq normalarına uyğunluğunun vacibliyini də irəli sürüb.
Azərbaycan dövlət başçısının ümumilikdə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi barədə fikri də İstanbul sammitindəki çıxışında göstərilib: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ermənilər və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilərlər və yaşamalıdırlar.“
Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı Bakı-Tbilisi-Ceyhan neft kəməri, Türkmənistan qazının nəqlində tranzit statusu almaq kimi enerji layihələrinin təmin olunması ilə bağlı fəaliyyət göstərdiyi İstanbul Zirvə toplantısını Heydər Əliyev Budapeşt və Lissabona nisbətən daha yüksək səviyyəli adlandırıb.
(Məqalə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr edilmiş “Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” kitabının materialları əsasında yazılıb.)
Fuad Babayev
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist
Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq (II kitab), s.325-340, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Bakı – 2020
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










