Ermənistan çətin vəziyyətə düşən kimi yenə də mülki obyektləri hədəf almağa başladı.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, həmişə olduğu kimi, yenə də Azərbaycanın yaşayış obyektləri hədəf alındı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurdu. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak oldu. Ermənilərin mülki əhaliyə vurmaq istədikləri zərbənin qarşısı Azərbaycan Ordusunun uğurlu tədbirləri nəticəsində alındı. Mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərlərin Prezident İlham Əliyevin Sərəncamına əsasən qiymətləndirilməsi aparılır.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın bu hücumları beynəlxalq sənədlərə və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, bu ölkənin hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











