
Kəlbəcər işğaldan azad edildikdən sonra ilk dəfə olaraq rayonda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.
Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni il ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində uşaqlar böyük sevinc yaşayıblar. Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.
Şənlik Kəlbəcərdə bərpa və yenidənqurma prosesləri fonunda sakinlər üçün unudulmaz bayram ab-havası yaradaraq, sakinlərin sosial həyatına xüsusi rəng qatıb.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











