Son günlər ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika müşahidə olunur, sağalan xəstələrin sayı gündəlik yoluxma hallarını üstələyir.
AZƏRTAC Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinadla xəbər verir ki, son bir həftə ərzində 3717 xəstə müalicə olunaraq sağalıb. İyulun 26-da müalicəsi tamamlanan xəstələrin sayı bir gün əvvələ nisbətən 77 nəfər artaraq 602 nəfərə çatıb.
Pandemiyanın başlanğıcından bəri virusa yoluxmuş 30 050 nəfərdən 22 684-ü müalicə olunaraq xəstəxanadan buraxılıb.
Ötən müddət ərzində 683 min 548 test aparılıb. Bugünkü test sayı 7296-dır.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











