Milli Məclis Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat parlamentin dekabrın 26-da keçirilən iclasında qəbul edilib.
Bəyanatı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səsləndirib.
Bəyanatda vurğulanır ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi etimad quruculuğu vasitələrindən biridir.
Həmçinin bəyanatda Qərbi Azərbaycanın indiki Ermənistanın ərazisində tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olduğu, əhalinin dəfələrlə öz doğma yurdlarından sürgün edildikləri, amansızlıqla qətlə yetirildikləri bildirilir. XVIII əsrdən başlanan deportasiya üç müxtəlif (1905–1920, 1948–1953, 1988–1992) mərhələni əhatə edib.
Qalib Azərbaycanın sülhün bərqərar olunmasında, Ermənistanla normallaşma istiqamətində səylərini davam etdirdiyi diqqətə çatdırılıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









