
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfəri, Rize-Artvin Hava Limanının açılışında iştirakı Moldova mətbuatı tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın nüfuzlu “NOİ”, “TV8”, “Rupor” və digər xəbər portallarında rus və rumın dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının açılışında çıxışı yer alıb. Qeyd edilib ki, yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib.
Məqalələrdə Prezident İlham Əliyevin çıxışındakı fikirlərə geniş yer verilib. Dövlətimizin başçısının çıxışına istinadla Azərbaycan və Türkiyə münasibətləri, İkinci Qarabağ müharibəsi zamanı iki ölkə arasındakı əməkdaşlıq və digər fikirlər öz əksini tapıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









